“e-müqavilə” altsistemindən istifadəyə dair video-təlimat hazırlanıb - VİDEO
Dövlət satınalmalarının rəqəmsal müstəvidə idarə edilməsi məqsədilə cari ilin aprel ayından etibarən fəaliyyətə başlayan və yüksək istifadəçi aktivliyinin qeydə alındığı “e-müqavilə” altsistemindən praktiki istifadə qaydalarını əks etdirən video-təlimat hazırlanıb.
Bu barədə "Sizinxeber.az-Economics"ə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, satınalma proseslərinin iştirakçıları üçün altsistemin tətbiqini daha da asanlaşdırmaq məqsədilə hazırlanan təlimatda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron formada yaradılması, razılaşdırılması, imzalanması qaydaları izah olunub.
Bu video bələdçi büdcə təşkilatları və təchizatçıların “e-müqavilə” altsistemindəki avtomatlaşdırılmış prosesləri daha çevik və səmərəli idarə etməsinə imkan verəcək.
Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.
Oxşar xəbərlər
Mərkəzi Bank “Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama yayıb
Əmək müqavilələrinin onlayn imzalanmasının SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb
Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar? - VİDEO
Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO
FHN “Masallı” hotelində təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
