İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq
Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə təşkilatla əməkdaşlığını azalda biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Apa.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Atom Enerjisi Təşkilatının müavini və sözçüsü Behruz Kamalvəndi yerli televiziyaya müsahibəsində bildirib.
“İranın Atom Enerjisi Təşkilatı AEBA-nın Rəhbərlər Şurasında mümkün anti-İran qətnaməsi halında görüləcək əks tədbirlərin siyahısını hazırlayıb. Cavabımızın bir hissəsi texniki, digəri isə Agentliklə əməkdaşlığımızın xarakteri ilə bağlıdır. Əlbəttə, BMT-nin nüvə nəzarəti orqanı belə bir addımdan sonra İranın geniş və səmimi əməkdaşlığının davam edəcəyini gözləməməlidir”, – deyə Kamalvəndi qeyd edib.
O bildirib ki, AEBA-nın baş direktorunun İrana yanaşması siyasi xarakter daşıyır:
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun bizə yanaşması siyasidir. Təbii ki, özü də siyasi təzyiq altında olduğunu etiraf edir”.
Oxşar xəbərlər
Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamxani: İran AEBA-nın əməkdaşlarını ölkədən çıxara bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA missiyası Kursk AES-ə baş çəkəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA rəsmisi: İran apreldə on nüvə başlığı əldə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











