Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb
sizinxeber.az xəbər saytı

Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb


ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməni alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.

Məlumata görə, bu ölkələr İranı nüvə materiallarından istifadə ilə bağlı AEBA-ya məlumat vermədiyinə görə qınayıb və Tehranı qurumla əməkdaşlığa çağırıb.

Bundan əvvəl “Reuters” xəbər verib ki, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, agentlik Tehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran tərəfi qəti cavab tədbirləri görəcək.

Oxşar xəbərlər

AEBA rəsmisi: İran apreldə on nüvə başlığı əldə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reuters: BAEA Rəhbərlər Şurası İranı tənqid edən qətnamə qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA missiyası Kursk AES-ə baş çəkəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA Zaporojye AES-in reaktorunda su sızması barədə məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran nüvə obyektlərinə təhdidlərlə bağlı BMT-ni xəbərdar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər