HƏMAS İsraildən Qəzzada 90 günlük atəşkəs tələb edib
HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı danışıqlar çərçivəsində anklavda 90 günlük atəşkəs tələb edib, İsrail isə 60 gün müddətində israr edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə İsrail tərəfi 10 canlı girovun bir dəfəyə azad edilməsini tələb edib. HƏMAS isə əsirləri iki mərhələdə azad etməyi planlaşdırır.
Hərəkat həmçinin ABŞ administrasiyasından girovların azad edilməsi üçün məcburi şərt kimi atəşkəs dövründə danışıqların davam etdirilməsinə zəmanət istəyib.
Radikallar ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun gələcək sazişi imzalamasını istəyirlər. O, HƏMAS-ın israr etdiyi kimi, Qəzza ilə bağlı razılaşmaların əldə olunduğunu rəsmən elan etməlidir.
Oxşar xəbərlər
İsrail şərtlərə əməl etməsə, “HƏMAS” girovları azad etməyəcək
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb
HƏMAS xəstə və yaşlı girovları azad etməyə razılaşıb
“HƏMAS” vasitəçilərə azad edəcəyi israilli girovların siyahısını verib
HƏMAS: İsrail yeni şərtlər irəli sürməsə, Qəzza razılaşması mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













