HƏMAS: İsrail yeni şərtlər irəli sürməsə, Qəzza razılaşması mümkündür
İsrail tərəfi yeni şərtlər irəli sürməyi dayandırsa, Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı İsraillə razılaşma mümkündür.
“Report” xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının teleqram kanalında yaydığı bəyanatda deyilir.
“İslami Müqavimət Hərəkatı HƏMAS təsdiq edir ki, vasitəçi qismində çıxış edən qətərli və misirli qardaşlarımızın rəhbərliyi ilə Dohada aparılan ciddi və müsbət danışıqları nəzərə alaraq, İsrail yeni şərtlər irəli sürməyi dayandırarsa, atəşkəs və girovların mübadiləsinə dair razılaşma əldə oluna bilər”, - bəyanatın mətnində vurğulanır.
Bundan əvvəl “Bloomberg” agentliyi İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatının danışıqlarda irəliləyiş əldə etdiyini və tərəflərin Qəzza zolağında atəşkəs sazişi bağlamağa yaxın olduqlarını qeyd etmişdi. KİV-in məlumatına görə, dekabrın 16-da İsrail nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Qətərə yollanıb. “Ynet” portalı iddia edir ki, detalların çoxu razılaşdırılıb, lakin ilk mərhələdə azad edilməli olan girovların sayı əsas mübahisə mövzusudur.
Oxşar xəbərlər
Netanyahu Qəzza ilə bağlı Qahirəyə nümayəndə göndərilməsini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Reuters”: İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: İsrail və HƏMAS Qəzzada atəşkəs əldə etməyə yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Qəzzada atəşkəs əldə edilməsi ilə bağlı danışıqlarda iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












