KİV: Hindistan və Pakistan arasında atəşkəs rejimi qüvvədə qalır
Hindistan və Pakistan arasında razılaşdırılmış atəşkəs rejimi qüvvədə qalmaqda davam edir və onun üçün heç bir vaxt məhdudiyyəti nəzərdə tutulmayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “PTI” agentliyi Hindistan ordusuna istinadən məlumat yayıb.
Agentlik ordu nümayəndəsinin sözlərini belə çatdırıb: “Hərbi əməliyyatlara komandanlıq edən şəxslər arasında aparılan danışıqlarda razılaşdırıldığı kimi, atəşkəsin davam etməsi üçün müəyyən bir bitmə tarixi mövcud deyil”.
Bu açıqlama bəzi media vasitələrinin 18 may tarixində atəşkəsin başa çatması və yeni danışıqların keçirilməsi ilə bağlı yaydığı xəbərlərlə əlaqədar verilib.
Hindistan ordusu bildirib ki, bazar günü Hindistan və Pakistan komandanları arasında hər hansı bir təmas planlaşdırılmayıb.
Oxşar xəbərlər
Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minib
Türkiyə XİN: Pakistan və Hindistan arasında atəşkəs qərarından məmnunuq
Tramp: Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Tramp: ABŞ Hindistan və Pakistan arasında nüvə münaqişəsinin qarşısını aldı
Hindistan və Pakistan hərbçiləri arasında atışma baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













