Husilər Ben-Qurion hava limanına raket zərbələri endirib
sizinxeber.az xəbər saytı

Husilər Ben-Qurion hava limanına raket zərbələri endirib


Yəməndəki üsyankar “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən Ben-Qurion beynəlxalq hava limanına raket zərbələri endirdiklərini açıqlayıblar.

APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə məlumat verib.

“Yəmən raket qüvvələri hərbi əməliyyat keçirərək Yaffa (Təl-Əviv – red.) ərazisində yerləşən Ben-Qurion hava limanını iki ballistik raketlə vurub. Əməliyyat nəticəsində milyonlarla insan sığınacaqlara getməyə məcbur edilib. Hava limanında aviauçuşlar bir saat müddətinə dayandırılıb”, – deyə o, husilərə məxsus Al Masirah telekanalının efirində bildirib.

Sariənin sözlərinə görə, zərbələrdən biri “Fələstin-2” adlı hipersəs raketi ilə həyata keçirilib. O həmçinin qeyd edib ki, şənbə səhəri Yəmən üsyançıları İsrail hava limanı istiqamətində zərbə dronu da göndəriblər.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən İsrailə tərəf atılmış bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini açıqlamışdı. Ölkənin bir neçə bölgəsində hava hücumu siqnalları səslənib.

Oxşar xəbərlər

Husilər Ben-Qurion hava limanına raket zərbələri endirdiklərini bildiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yəmən husiləri İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket hücumu təşkil edib. [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər