Husilər Ben-Qurion hava limanına raket zərbələri endirdiklərini bildiriblər
Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına zərbələr endiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin hərbi nümayəndəsi Yəhya Saria bildirib.
“Raket qoşunları <...> biri “Fələstin-2” tipli hipersəs raketi olmaqla iki ballistik raketdən istifadə edərək “Sdot-Mixa” bazasına zərbə endirməklə hərbi əməliyyat həyata keçiriblər”, – o, “Ənsar Allah”ın nəzarətində olan “Al Masirah” televiziya kanalının efirində deyib.
Sarianın sözlərinə görə, husilər həmçinin “Zülfiqar” tipli raketdən istifadə edərək Ben-Qurion hava limanına hücum ediblər və İsrailin cənub-qərbində Aşkelon şəhəri yaxınlığında “vacib hədəfi” pilotsuz uçuş aparatı ilə vurublar.
Husilərin hərbi nümayəndəsinin iddiasına görə, hər iki əməliyyat “öz hədəflərinə çatıb”. Saria qeyd edib ki, Yəmən üsyançılarının hücumu nəticəsində Ben-Qurion hava limanı “təxminən bir saat” işini dayandırıb.
Oxşar xəbərlər
Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər İsraildəki hava limanına və hərbi bazaya zərbələr endiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Tel-Əviv yaxınlığındakı hərbi obyektin məhv edildiyini iddia ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər İsrailin “Orot Rabin” elektrik stansiyasına hücum ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Ben Qurion hava limanına hücum etdiklərini bildirirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












