KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib
sizinxeber.az xəbər saytı

KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib


Tehran Yaxın Şərq ölkələrinin iştirakı ilə, ABŞ investisiyalarının da cəlb olunduğu uran zənginləşdirmə konsorsiumu yaratmağı təklif edib.

APA xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, bazar günü Omanda İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bu planı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa təqdim edib.

Bildirilir ki, İran bu təşəbbüsü Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi irəli sürür.

Qəzetin məlumatına əsasən, mümkün konsorsium iştirakçıları sırasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

Oxşar xəbərlər

ABŞ və İran bu gün nüvə danışıqları aparacaq
Uitkoff: İran-ABŞ danışıqları çox müsbət və konstruktiv olub
Uitkoff: Yeni saziş İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq
Uitkoff ABŞ və İran arasında Romada keçirilən danışıqlardan sonra Qrossi ilə görüşüb
Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər