Ərdoğan: PKK-nın özünü ləğvetmə qərarı millətin əbədi qardaşlığı üçün önəmlidir
“Terror təşkilatı PKK-nın özünü ləğvetmə və tərksilah olma qərarı millətin əbədi qardaşlığı üçün önəmlidir.”
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, rəsmi Ankara bu qərarın İraq, Suriya və Avropa da daxil olmaqla terror təşkilatına bağlı bütün qruplaşmaları əhatə edəcək.
“Terrorun və zorakılığın tamamilə aradan qaldırılması ilə birlikdə başda siyasətin demokratik potensialının gücləndirilməsi olmaqla, bütün sahələrdə yeni bir dönəmin qapıları açılacaq”, - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, bu prosesdən uduzan tərəf qanla bəslənən imperialistlər, qazanan isə Türkiyə xalqı və onun bölgədəki bütün qardaşları olacaq.
Oxşar xəbərlər
Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir
Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq
Ərdoğan: İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq
Türkiyə Prezidenti: Azərbaycanın üzv olması ilə D-8 təşkilatı daha da gücləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













