Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq
sizinxeber.az xəbər saytı

Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq


“Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərimiz daha da dərinləşir. Başda Azərbaycan olmaqla, bütün qardaş-bacılarımızın 6 fevral zəlzələlərindən sonra göstərdikləri köməyi əsla unutmayacağıq”.

Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“İnşallah, biz də onların qara günlərində, bizə ehtiyac duyduqları hər anda, qarşılıq gözləmədən qardaşlarımızın imdadına yetişəcək, bütün imkanlarımızla bu günə qədər olduğu kimi, yenə yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər

Ərdoğan: Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyirik
Türkiyə Prezidenti BMT-dəki çıxışında TDT-nin artan əhəmiyyətindən danışıb
Putin Türkiyəyə səfər edəcək
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb
Ərdoğan Prezident İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle