Hindistan və Pakistan hərbçiləri arasında atışma davam edir
sizinxeber.az xəbər saytı

Hindistan və Pakistan hərbçiləri arasında atışma davam edir


Hindistan və Pakistan hərbçiləri arasında Kəşmir bölgəsində ardıcıl üçüncü gecə atışma olub.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə France-Presse” agentliyi məlumat yayıb.

Atışma nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, aprelin 22-də Pahalqamdakı turizm mərkəzində 26 nəfər öldürülüb və Hindistan buna görə Pakistan tərəfini ittiham edir, İslamabad isə bu ittihamları əsassız sayır.

Tərəflər qarşılıqlı olaraq bir-birlərini sərhəddə təxribat xarakterli atəş açmaqda günahlandırır.

Xatırladaq ki, turizm mərkəzində baş verən hadisədən sonra Hindistan su resurslarının bölüşdürülməsi ilə bağlı müqavilənin müddətini dayandırıb, Pakistanla əsas quru keçid məntəqəsini bağlayıb, pakistanlıların vizalarını ləğv edib, diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.

Buna cavab olaraq Pakistan hindistanlı diplomatlar və hərbi müşavirlərin ölkədən çıxarılması barədə qərar qəbul edib, hindistanlılar üçün vizanı ləğv edib, əsas quru keçid məntəqəsini bağladığını açıqlayıb.

Oxşar xəbərlər

KİV: Hindistan-Pakistan sərhədində yenidən atışma baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan Hind çayının sularının Pakistana axınına məhdudiyyət qoyub, İslamabad cavab veriləcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər