KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub
Cammu və Kəşmirdəki nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında atışma olub.
“Report” xəbər verir ki, bu barədə Hindistanın PTI agentliyi mənbəyə istinadən bildirib.
“Nəzarət xəttinin bəzi yerlərində Pakistanın təşəbbüsü ilə atıcı silahlardan atəş açılıb. Atəşlərə effektiv cavab verilib”, – ordudakı mənbə deyib.
Tələfat barədə məlumat daxil olmayıb.
Agentliyin məlumatına görə, Pakistan ordusunun atəşə tutması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı iki tərəf arasında gərginliyin artması fonunda baş verib.
Terror aktından sonra bölgədə də antiterror əməliyyatları aparılır. Hindistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, ötən gecə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub.
Oxşar xəbərlər
Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan-Əfqanıstan sərhədində atışma, ölənlər və yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda 19 Pakistan əsgəri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan Pakistan istiqamətində Hind çayının axınını bloklayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












