Hindistan Hind çayının sularının Pakistana axınına məhdudiyyət qoyub, İslamabad cavab veriləcəyini bildirib
sizinxeber.az xəbər saytı

Hindistan Hind çayının sularının Pakistana axınına məhdudiyyət qoyub, İslamabad cavab veriləcəyini bildirib


Hindistan 1960-cı ildə imzalanmış Hind çayı bölüşdürülməsi haqqında müqavilədən bəri ilk dəfə çayın sularının Pakistana axınını dayandırıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Hindistan mediası rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, bəndlər və kanallar üzərindəki dörd əsas şlüz tamamilə bağlanıb.

Bu qərar Cammu və Kəşmirin Pahalgam bölgəsində törədilmiş terror aktı ilə əlaqədar verilib.

Yeni Dehli hadisənin arxasında İslamabadın terror fəaliyyətlərinə dəstəyinin dayandığını iddia edir.

Pakistan isə bu ittihamları qəti şəkildə rədd edir.

Pakistan hakimiyyəti Hindistanın bu addımını "müharibə aktı" kimi qiymətləndirib və bütün mövcud vasitələrlə cavab veriləcəyini bəyan edib.

Oxşar xəbərlər

Hindistan öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Modini səkkiz ildən sonra ilk dəfə İslamabada dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan ABŞ ilə yeni ticarət sazişinə nail olmağa çalışacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər