sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır
Rusiya və İranın mövqeləri bu gün keçmişdə olduğundan daha yaxındır.
Sizinxeber.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
Araqçi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və uzunmüddətli bir görüşü baş tutub: “Rəhbərlikdən ona (Putinə) yazılı mesaj təqdim etdim. Bu həm cənab Putinə, həm də bütün dünyaya mesaj idi ki, İran Rusiyanı özünün əsas və strateji tərəfdaşı hesab edir və mühüm məsələlərdə məsləhətləşir”.
Nazir əlavə edib ki, İran və Rusiya arasında münasibətlər tarixdə bəlkə də heç vaxt bu qədər yaxın və güclü olmayıb.
Oxşar xəbərlər
İranın XİN başçısı Putinə Xameneinin məktubunu təqdim edib
İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq
İran XİN rəhbəri Rusiyaya səfər edib
Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim edib
Ermənistan XİN başçısının müavini İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













