Ermənistan XİN başçısının müavini İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ermənistan XİN başçısının müavini İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb


Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İran xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kostanyan görüşdə Ermənistanın İran İslam Respublikası ilə əlaqələrin inkişafına və dərinləşməsinə xüsusi önəm verdiyini vurğulayıb.

Araqçi İran və Ermənistan arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələrə və geniş əməkdaşlığa toxunub, bu əlaqələri ikitərəfli münasibətlərə uyğun olaraq inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

İranlı nazir həmçinin Cənubi Qafqazda davamlı sülh və sabitliyə diqqət yetirib. O, İranın regionda sülhün bərqərar olmasına, sabitliyin və təhlükəsizliyin davam etdirilməsinə kömək etməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

İran xarici işlər naziri Çinə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın XİN rəhbəri BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Ermənistan XİN başçıları arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər