Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib
sizinxeber.az xəbər saytı

Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib


Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib.

Sizinxeber.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib.

Bildirilib ki, Pxenyan ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərib və bunlardan 4 mini ölüb və ya yaralanıb.

Oxşar xəbərlər

Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi ilə bağlı NATO və Aİ-nı məlumatlandıracaq
Şimali Koreya Şərq dənizinə ballistik raket atıb
Cənubi Koreya: KXDR qitələrarası balistik raket buraxıb
Cənubi Koreya kəşfiyyatı: Şimali Koreya Rusiyaya 12 min əsgər göndərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər