Qəzzaya 50 milyard dollardan çox ziyan dəyib
sizinxeber.az xəbər saytı

Qəzzaya 50 milyard dollardan çox ziyan dəyib


Qəzza rəsmiləri 2023-cü ilin oktyabrından bu yana gedən döyüşlər nəticəsində Fələstin anklavına dəymiş birbaşa ziyanı 50 milyard dollardan çox qiymətləndirirlər.

APA xəbər verir ki, bu ilkin məlumatlar Qəzza hakimiyyətinin mətbuat xidməti tərəfindən öz Telegram kanalında dərc olunub.

Sənəddə yazılır: "Döyüşlər nəticəsində dəyən zərər ilkin olaraq 50 milyard dollardan çox qiymətləndirilir; müharibə Qəzzada həyatın bütün sahələrinə təsir edib".

Qəzza rəsmiləri deyirlər ki, anklavın sakinləri təkcə yaşayış binalarını deyil, həm də tibb müəssisələrini, məktəbləri və universitetləri, həmçinin dini obyektləri və sistemləri yenidən qurmalı olacaqlar.

Oxşar xəbərlər

Hərbi əməliyyatlar nəticəsində Qəzzaya azı 38 milyard dollar ziyan dəyib
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb
Qəzzada 2023-cü ilin oktyabrından bu yana 43,8 min nəfər ölüb
Qəzza Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 41,2 mini keçib
Fransa Ukraynaya 20 milyard dollardan çox vəsaitin ayrılmasına qarşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər