Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb.
APA xəbər verir ki, bu barədə “AccuWeather” xidməti məlumat yayıb.
Məlumatda Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin 135-150 milyard dollar aralığında olacağını təxmin etdikləri bildirilib.
İndiyə olan məlumata görə, yanğınlar nəticəsində ən azı 10 nəfər ölüb.
Rəsmilərə görə, yanğın nəticəsində bu həftə 10,000-dən çox ev, bina və digər tikililər yanıb.
Saysız-hesabsız evlər külə çevrilməkdə davam edir. Alovlar 150,000-ə yaxın insanın təxliyəsinə səbəb olub.
Yanğınsöndürmə rəsmiləri yanğınların səbəblərini hələ bilmədiklərini, lakin fəal şəkildə araşdırma apardıqlarını deyirlər.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar onun indiyədək gördüyü ən pis yanğınlardan biridir. “Bu ərazilərə sanki atom bombası atılıb”.
Oxşar xəbərlər
ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər
JPMorgan: Kaliforniyada meşə yanğınlarında sığortaçıların itkiləri 20 milyard dollara çatır
Bayden Kaliforniya yanğınlarını ştat tarixində ən dağıdıcı yanğın adlandırıb
Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan 50 milyard dolları keçə bilər
Kaliforniyada yanğınlar davam edir, ölənlərin sayı 7-yə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













