Hərbi əməliyyatlar nəticəsində Qəzzaya azı 38 milyard dollar ziyan dəyib
sizinxeber.az xəbər saytı

Hərbi əməliyyatlar nəticəsində Qəzzaya azı 38 milyard dollar ziyan dəyib


2023-cü ilin oktyabrından etibarən, Qəzza zolağına dəyən birbaşa ziyan ən azı 38 milyard ABŞ dolları təşkil edir.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında yayıb.

Məlumata görə, sektorda 137 təhsil müəssisəsi, 823 məscid və 3 kilsə, mədəni və ya tarixi əhəmiyyət kəsb edən 206 obyekt və s. dağıdılıb. 160-dan çox tibb müəssisəsi atəşə tutulub, elektrik yarımstansiyalarına, su və kanalizasiya şəbəkələrinə, həmçinin anklavın nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Yanvarın 20-də anklavın Səhiyyə Nazirliyi 47 min 35 fələstinlinin həlak olduğunu, 111 mindən çox adamın yaralandığını bildirib.

Oxşar xəbərlər

Qəzzada 2023-cü ilin oktyabrından indiyədək 17,4 min uşaq ölüb
Təbii fəlakətlər ötən il ABŞ-yə 182,7 milyard dollar ziyan vurub
Çində güclü yağışlar 11 nəfərin ölümünə səbəb olub
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb
Qəzzada 2023-cü ilin oktyabrından bu yana 169 jurnalist ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər