Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
sizinxeber.az xəbər saytı

Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib


Rusiya Silahlı Qüvvələri Kiyevə ballistik raketlərlə zərbə endirib.

"Fokus.ua" saytının məlumatına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, iyunun 25-i saat 20:53-də Kiyevdə hava həyəcanı elan edilib. Bundan bir neçə dəqiqə sonra paytaxtda bir neçə partlayış səsi eşidilib. İlkin məlumata görə, zərbələr Bryansk vilayətindən buraxılan "İskəndər" operativ-taktiki raket kompleksinin ballistik raketləri ilə endirilib.

Ukraynanın monitorinq kanalları partlayışların Kiyevin Darnitski və Holosiivski rayonlarında baş verdiyini bildirib. Məlumata görə, ilk hücum dalğasında 2-3 ballistik raketdən istifadə olunub.

Kiyev Vilayət Hərbi Administrasiyası və Kiyev Şəhər Hərbi Administrasiyası insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Oxşar xəbərlər

Reuters: Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirib, partlayışlar baş verib
Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirib, ölən var - YENİLƏNİB
Rusiya Kiyevə ballistik raketlər və kamikadze dronlarla hücum edib, yaralananlar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər