Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
sizinxeber.az xəbər saytı

Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq


Suriya həbsxanaları və düşərgələrində qalan İŞİD terrorçularının vətəndaş olduqları ölkələrə göndərilməsi lazımdır.

Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri hakan Fidan Belçikanın xarici işlər naziri Bernard Quintin ilə birgə mətbuat konfransı zamanı bildirib.


O qeyd edib ki, bu məhbusların uzun zamandır cəza alamamaları və gələcəklərinə dair qərarın verilməməsi bölgə üçün təhlükə mənbəyinə çevirilib.

H. Fidan, həmçinin, Türkiyənin Suriya hökumətinə bu həbsxana və düşərgələrin nəzarət altına alınması məsələsində yardım etməyə hazır olduğunu vurğulayıb: “Türkiyə olaraq, həm bu böhranın çözülməsi, həm də Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq, həm də Suriyanın milli və ərazi bütövlüyünü, başda kürdlər olmaqla, orada olanların təhlükəsizliyini təmin etmək üçün təkliflərimiz hazırdır”.

Türkiyəli nazir Suriyada başlayan yeni dövrdə Türkiyənin bütün etnik və dini qrupların qoruyucusu olduğunu da əlavə edib. Onun sözlərinə görə, hər hansı tərəfin zülmə məruz qaldığı təqdirdə Ankara lazımi addımlar atacaq.

Oxşar xəbərlər

Hakan Fidan: Türkiyə Suriyanın bərpasında beynəlxalq səyləri səfərbər etmək üçün əlindən gələni edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Suriya Danışıqlar Komissiyasının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: İsrailin Suriyada yürütdüyü siyasət böyük təxribatlara yol aça bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fidan: Türkiyə Hələbdə davam edən qarşıdurmalara qarışmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər