Cənubi Koreya ordusu təyyarə qəzasından sonra təyyarələri yoxlamağa başlayıb
Cənubi Koreya ordusu dekabrın 29-da 179 nəfərin ölümü ilə nəticələnən “Jeju Air” şirkətinə məxsus təyyarənin qəzasından sonra aviasiya araşdırması aparır.
APA xəbər verir ki, bu barədə rəsmilərə istinadən Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanlığı artıq öz təyyarələrini, o cümlədən Boeing 737-800 bazasında inşa edilmiş P-8A-nı yoxlamağa başlayıb. Yoxlamaların yanvarın 4-dək davam edəcəyi bildirilir.
İyul ayında Cənubi Koreya Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı döyüş qabiliyyətini artırmaq üçün bu təyyarələrdən altısını alıb.
Hərbi Hava Qüvvələri həmçinin Boeing 737-700 kommersiya təyyarəsinin bazasında inşa olunmuş “Peace Eye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsində də yoxlama aparacaqlar.
Qeyd edək ki, qəza hadisəsindən sonra Cənubi Koreya rəsmiləri ölkədəki bütün Boeing 737-800-ləri yoxlayacaqlarını bildirmişdilər.
Oxşar xəbərlər
Cənubi Koreyada bütün “Boeing 737-800”lər yoxlanılacaq
Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava müdafiə zonasına daxil olub
ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb
Filippin, Kanada, ABŞ və Avstraliya Cənubi Çin dənizində ilk birgə hərbi təlimə başlayıb
ABŞ və “Boeing” Cənubi Koreyaya Muandakı aviaqəzanın araşdırılmasında kömək edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













