Cənubi Koreyada bütün “Boeing 737-800”lər yoxlanılacaq
Cənubi Koreya iqtidarı Muan hava limanında təyyarə qəzasından sonra ölkədəki bütün “Boeing 737-800” təyyarələrini yoxlayacaq.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, yoxlama çərçivəsində mütəxəssislər təyyarələrin texniki xidmət sistemlərini araşdıracaqlar. Bu tədbir Cənubi Koreya aviaşirkətlərinə şamil ediləcək.
Daha əvvəl agentlik Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus daha bir təyyarənin şassi problemi yaşadığını və bunun nəticəsində uçuş hava limanına geri döndüyünü bildirmişdi.
Xatırladaq ki, “Jeju Air” aviaşirkətinə məxsus “Boeing 737” dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-eniş zolağından kənara çıxıb və beton maneəyə çırpılaraq partlayıb. Hava gəmisi, demək olar ki, tamamilə məhv olub. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində şassi sisteminin sıradan çıxması göstərilib.
Təyyarədə ümumilikdə 181 nəfər olub. Onlardan 173-ü koreyalı və 2-si Tailand vətəndaşı olub. KİV-in məlumatına görə, hadisə zamanı təyyarənin quyruq hissəsində olan bir neçə nəfər sağ qalıb.
Oxşar xəbərlər
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 176-ya çatıb, üç nəfər itkin düşüb - YENİLƏNİB-5 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada baş verən təyyarə qəzasında 174 nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 167-yə çatıb - YENİLƏNİB - 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və “Boeing” Cənubi Koreyaya Muandakı aviaqəzanın araşdırılmasında kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 179 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













