KİV: HƏMAS ilk mərhələdə 30-a yaxın girovu İsrailə təhvil verməyə hazırdır
HƏMAS hərəkatı Qəzza zolağındakı girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.
APA xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb.
Məlumata görə, HƏMAS təxminən 30 israilli girovun bəzilərini diri, bəzilərinin isə meyitini təhvil verəcək.
Həmas həmçinin İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbusların olacağını gözləyir.
Bundan əlavə, nəşrin yaydığı məlumata görə HƏMAS Misir sərhədindəki Rəfah keçid məntəqəsinin Fələstin hissəsinin qərargahını Misirin ümumi nəzarəti ilə İordan çayının qərb sahilinin Ramallah şəhərində yerləşən Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsi ilə bağlı razılığa gəlib.
Oxşar xəbərlər
KİV: Həmas girovların siyahısını Misirə təhvil verib
“HƏMAS” silahlıları israilli girovu öldürüb
Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
