Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir
Misir və İsrail “Rəfah” sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə “The Wall Srteet Journal” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu keçid məntəqəsi Qəzza zolağına humanitar yardımın çatdırılmasında mühüm rol oynayır və hərbi əməliyyatların müvəqqəti dayandırılmasına zəmin yarada bilər.
Keçid məntəqəsi dekabrın əvvəlində açıla bilər. Misir rəsmiləri artıq İsraillə danışıqlar aparıblar və HƏMAS nümayəndələri bu gün Qahirəyə gələcəklər.
Plan Qəzza zolağında 60 gün müddətinə müvəqqəti atəşkəs əldə etməyi nəzərdə tutur. İsrail anklavda hərbi mövcudluğunu saxlayacaq, Fələstin tərəfinə nəzarət isə HƏMAS-dan Fələstin Muxtariyyətinə keçəcək. “Rəfah” keçid məntəqəsindən hər gün humanitar yardım daşıyan 200-ə qədər yük maşını keçə biləcək.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tamamilə məhv edilənə qədər odu Qəzzada hərbi əməliyyatları davam etdirəcək.
Oxşar xəbərlər
Fələstin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib
KİV: Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər
İsrail və Misir girovlarla bağlı danışıqların bərpasını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Zaqatalada maşın aşıb, ölən var
