“Hizbullah” atəşkəs başlayandan bəri ilk dəfə İsrailə raket zərbələri endirib
sizinxeber.az xəbər saytı

“Hizbullah” atəşkəs başlayandan bəri ilk dəfə İsrailə raket zərbələri endirib


“Hizbullah” atəşkəsdən sonra ilk dəfə İsrailin şimalındakı Dov dağına iki raket atıb.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Raketlərin yaşayış olmayan əraziyə düşdüyü bildirilir. İnsan tələfatı ilə bağlı isə məlumat verilməyib.

İsrailin müdafiə naziri İsrael Katz “Hizbullah”ın raket hücumuna sərt cavab verəcəklərini açıqlayıb.

Qeyd edək ki, İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.

Oxşar xəbərlər

Hizbullah İsrailə raket zərbələri endirib
"Hizbullah" İsrailin şimalındakı yaşayış məntəqələrinə 50-dən çox raket atıb
“Hizbullah” İsrailin şimalındakı yaşayış məntəqələrinə 50-dən çox raket buraxıb
"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəyib
“Hizbullah” İsrailin şimalına 135 raket atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər