"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəyib
Ötən gecə Livandan İsrailin Safed bölgəsi istiqamətində 20-dən çox raket atılıb.
Sizinxeber.az-nın “Times of Israel”ə istinadən xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan olmasa da bir neçə binaya ziyan dəyib.
Bu arada, İsrail əsgərləri gecə saatlarında qanunsuz olaraq Qəzza bölgəsinə daxil olmaq istəyən iki nəfəri saxlayıb.
Araşdırma zamanı onların yəhudi əsilli olduğu ortaya çıxıb. Görülən tədbirlər nəticəsində bu şəxslər geri qaytarılıb.
Yerli əhali ərazidə işləyən media nümayəndələrinə səhərədək Livanla sərhədyanı bölgələrdə raket xəbərdarlığı siqnallarının eşidildiyi barədə informasiya verib.
Bir qədər sonra “Hizbullah” baş verənlərə görə məsuliyyəti üzərinə götürüb. Bildirilib ki, bölgədəki hərbi obyektlərə endirilən 20-dən çox raket zərbəsi İsrailin Livana son hücum cəhdinə cavab xarakteri daşıyır.
Yeri gəlmişkən, raket zərbələri ərazidə meşə yanğınına səbəb olub. Hadisə yerinə İsrailin yanğınsöndürmə briqadaları cəlb olunub.
Oxşar xəbərlər
İsrail Müdafiə Qüvvələri: “Hizbullah” İsrailə 230 raket və 20 PUA ilə hücum edib
İsrail ordusu “Hizbullah”ın raket sistemlərinə zərbələr endirib
"Hizbullah" İsrailin Yuxarı Qaliley bölgəsindəki yaşayış məntəqələrinə onlarla raket atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
