İsrail İrana casusluq etməkdə ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs edib
İsrail polisi həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə 7 nəfəri həbs edib.
APA-nın “Yerusəlim Post”a istinadən verdiyi xəbərə görə, casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir.
Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə Hizbullahın pilotsuz uçuş aparatının hücumu nəticəsində dörd İsrail əsgərinin öldürüldüyü “Qolani” Briqadasının bazası var.
Qeyd edilib ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.
Oxşar xəbərlər
Maduro “WhatsApp”-ı Venesuela vətəndaşlarına qarşı casusluqda ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bu həftə İsrail Livanda hərbi əməliyyatlara başlaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qüds qüvvələri komandanı İsmayıl Qaani casusluqda ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: İranla İsrail arasında mümkün müharibə yüksək ehtimal olaraq dəyərləndirilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












