Qüds qüvvələri komandanı İsmayıl Qaani casusluqda ittiham olunur
İranlı briqada generalı və Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailə casusluq ittihamı ilə Tehranda istintaqa cəlb edilib və dindirilib.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dindirilmə zamanı Qaaninin infarkt keçirdiyi bildirilir.
“Sky News”un ərəb bölməsi İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin İsraillə əlaqə saxlamaqda şübhəli bilindiyini yazıb.
Məlumata görə, kəşfiyyat məlumatlarının pozulması ilə bağlı sorğu-sual edilən və istintaq zamanı infarkt keçirən Qaani, daha sonra xəstəxanaya yerləşdirilib.
İran İnqilab Keşikçiləri Nəsrullahın ölümündən sonra İsrailin “Hizbullah”a necə sızdığı və liderlərinin yerini necə tapdığı ilə bağlı araşdırmalara başlayıb.
Mənbələrin məlumatına görə, İsrailin hücumu zamanı Qaani hücum yerində olmayıb. Mənbələr araşdırmalar davam edərkən Qaaninin həbsdə saxlandığını bildirib.
“The New York Times” qəzeti Qaaninin hücumdan əvvəl Beyrutdakı “Hizbullah” qərargahına səfər etdiyini yazıb.
Oxşar xəbərlər
KİV: İran Nəsrullahın öldürülməsi ilə bağlı İsmayıl Qaanini sorğu-sual edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SEPAH: İsmayıl Qaani sağdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Reuters": Qüds Qüvvələrinin komandanı Beyrutda itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın "Qüds" qüvvələrinin komandanı Livanda öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran İsraillə əməkdaşlıq etdiyi iddia edilən 12 nəfəri saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











