“3+3” əməkdaşlıq platformasın nəticələrinə dair birgə bəyanat qəbul edilib
“3+3” əməkdaşlıq platformasın İstanbulda keçirilən 3-cü görüşünün nəticələrinə dair birgə bəyanat qəbul edilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.
Qeyd olunub ki, birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb. Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
“Həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək”.
Oxşar xəbərlər
Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Yaşar Güler: Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq
Daşkənddə Türkiyə və Özbəkistanın güc strukturları rəhbərləri görüşüb
Türkiyə və Rusiya Suriyada birgə patrul xidmətini bərpa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













