Öldüyü deyilən SEPAH generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb
sizinxeber.az xəbər saytı

Öldüyü deyilən SEPAH generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən SEPAH komandirinin müavini Abbas Nilfuruşanın vida mərasimində iştirak edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Abbas Nilfuruşanın cənazəsi bu gün səhər saatlarında Tehrana gətirilib. Abbas Nilfuruşanla vida mərasiminə onun ailə üzvləri, bir qrup yüksək rütbəli şəxslə bərabər İsmayıl Qaani də qatılıb.

Qeyd edək ki, Abbas Nilfuruşan sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahla birlikdə öldürülmüşdü. İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin öldüyünə dair xəbərlər yayılıb.

Oxşar xəbərlər

SEPAH: İsmayıl Qaani sağdır
KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb
KİV: İran Nəsrullahın öldürülməsi ilə bağlı İsmayıl Qaanini sorğu-sual edib
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
"Reuters": Qüds Qüvvələrinin komandanı Beyrutda itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle