İsrailin BMT-dəki nümayəndəsi: Mülki vətəndaşlarımıza qarşı hücumlara səssiz qalmayacağıq
Rəsmi Tel-Əviv BMT-nin baş katibi Antonio Quterreşin Yaxın Şərqdə gərginliyin artmasına və İsrailin ərazisinin İran tərəfindən raket atəşinə tutulmasına münasibətindən razı qalmayıb.
APA-nın məlumatına görə, bunu İsrailin Xarici İşlər Nazirliyi A.Quterreşi “arzuolunmaz şəxs” elan etdikdən sonra bu dövlətin BMT-dəki daimi nümayəndəsi Dani Danon qurumun mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu ali qurumun analoji hücumları qınamaq əvəzinə sadəcə gərginliyin azaldılması istiqamətindəki çağırışları qəbuledilməzdir:
“Biz BMT-yə bir neçə gün əvvəl gəlməmişik. İsrail sözü gedən təşkilatın üzv dövlətlərindən biridir. BMT-nin ölkəmizin raket hücumlarına məruz qalmasını qınamaq əvəzinə müxtəlif səpkili çağırışlar səsləndirməsi bizi məyus edir. Biz regionda gərginliyin artmasının tərəfdarı deyilik, lakin mülki vətəndaşlarımıza qarşı hücumlara səssiz qalmayacağıq. Mənə elə gəlir ki, bunu dünyanın heç bir ölkəsi qəbul etməz”.
Xatırladaq oktyabrın 1-də İranın İsrailin bir sıra şəhərlərinə ballistik raketlərlə endirdiyi zərbələrdən sonra BMT-nin baş katibi Antoniu Quterreş “X” hesabı vasitəsilə Yaxın Şərqdə gərginliyin artmasına yönələn istənilən cəhdin qəbuledilməz olduğunu bildirib.
Sözü gedən bəyanatın ardınca İsrail A.Quterreşi “arzuolunmaz şəxs” elan edib.
Oxşar xəbərlər
İsrail nümayəndəsi: BMT İranın təhdidlərinə səssiz qalıb
İsrail BMT-nin Baş katibini "arzuolunmaz şəxs" elan edib
İran XİN-ə yeni mətbuat katibi təyin edilib
İsrailin daimi nümayəndəsi ölkəsinin Livanla savaşmaq istəmədiyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
