KİV: İran yaxın saatlarda İsrailə hücum etməyə hazırlaşır
İran yaxın saatlarda İsrailə hücum edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ və İsrail rəsmiləri “New York Times”a bildirib.
ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar İranın mümkün hücumuna qarşı İsraili müdafiə etməyə kömək etməyə hazırlaşır.
İsrail rəsmiləri isə qeyd edib ki, İranın hücumu Təl-Əvivin şimalında 3 hərbi hava bazası və kəşfiyyat qərargahına ediləcək.
Rəsmilər İranın ballistik raket hücumunun 12 saat ərzində olacağına inandıqlarına bildiriblər. Hücumun PUA və raketlərlə ediləcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ-nin İsraildəki səfirliyi yüksək səviyyəli xəbərdarlıq edib. Diplomatik korpusun əməkdaşlarına sığınacaqlarına girməyə hazır olmaq tapşırılıb. Bu, İranın ötən aprel ayında İsrailə hava hücumundan sonra ilk belə xəbərdarlıqdır.
Oxşar xəbərlər
KİV: İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır
ABŞ İranın hücumunu dəf etmək üçün İsrailə kömək etməyə hazırlaşır
CNN: ABŞ İranın İsrailə cavab hücumuna hazırlığını qeydə almağa başlayıb
KİV: Putin Xameneidən İsrailə qarşı təmkinli davranmağı, mülki əhalini hədəfə almamağı istəyib
ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













