Sizinxeber.az » DÜNYA » Asiya » Türkiyə MN Livanda peycer qurğularının partladılmasından sonra araşdırmalar aparır

Türkiyə MN Livanda peycer qurğularının partladılmasından sonra araşdırmalar aparır

Türkiyə Milli Müdafiə Nazirliyi Livanda peycer və telsiz rabitə qurğularının partladılmasından sonra lazım olan araşdırmalar aparır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-dən mənbələr bildirib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrində yalnız yerli və milli rabitə sistemləri və proqram təminatı istifadə olunur:

“İstehsal prosesinə hər hansı bir şəkildə üçüncü tərəf cəlb olunarsa, tədarük və istehsal prosesində əlavə ətraflı nəzarət mexanizmlərimiz işlədilir. Həm həyata keçirdiyimiz əməliyyatlarda, həm də Ukrayna müharibəsi və Livan nümunəsi kimi hər hansı bir inkişafdan sonra alınan dərslər çərçivəsində tədbirlər nəzərdən keçirilir və yeni tədbirlər hazırlanır. Milli Müdafiə Nazirliyi olaraq bu hadisə ilə bağlı lazımi araşdırmalar aparırıq. Türkiyə Silahlı Qüvvələrimiz son illərdə rabitə, informasiya sistemləri, elektron müharibə və kiber sahələr üzrə türk mühəndislərinin dəstəyi ilə xeyli güclənib”.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !