İsrail və İordaniya arasındakı sərhəd-keçid məntəqələri bağlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsrail və İordaniya arasındakı sərhəd-keçid məntəqələri bağlanıb - YENİLƏNİB


İsraillə İordaniya arasındakı 3 sərhəd-keçid məntəqəsi bağlanıb.

APA-nın xəbərinə görə, bu barədə İsrailin aeroportlarla bərabər quru sərhəd-keçid məntəqələrinə cavabdeh qurumu qərar qəbul edib.

Bu barədə qərar bu gün səhər Allenbi körpüsü üzərinə terror aktı nəticəsində 3 İsrail vətəndaşının öldürülməsindən sonra qəbul edilib.

İsrail Beyt-Şean şəhəri yaxınlığındakı, Allenbi körpüsündəki və Eylat şəhəri yaxınlığındakı sərhəd-keçid məntəqələrini bağlayıb.

***

saat 14.01

İordaniya hakimiyyəti İsraillə sərhəddə Allenbi körpüsü üzərindəki sərhəd-keçid məntəqəsini bağlayıb.

APA-nın xəbərinə görə, bu barədə "Al Mamlaka" telekanalı İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün İordaniyadan keçən yük maşınının sürücüsü Allenbi körpüsü üzərində israilli işçiləri atəşə tutub. Nəticədə 3 israilli ölüb.

Terrorçu zərərsizləşdirilib.

Oxşar xəbərlər

İordaniya İsraillə sərhəd-keçid məntəqəsini bağlayıb
İsrail İordaniya ilə bütün sərhəd keçidlərini bağlayıb
İsrail-İordaniya sərhəddində körpüdə atəş açılıb, 3 israilli ölüb - YENİLƏNİB
İsrail-İordaniya sərhəddində körpüdə atəş açılıb, 3 israilli ağır yaralanıb
Rusiya Ukrayna ilə sərhəddə yerləşən təhlükəli rayonlardan 115 min insanı köçürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər