Rafael Qrossi Kursk AES-ə baxış keçirib, nüvə təhlükəsi olduğunu bildirib - YENİLƏNİB
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Kursk AES-ə baxış keçirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, o, Kursk AES-ə səfərinin hərbi əməliyyatların yaxınlığı və nüvə insidentinin təhlükəsi ilə bağlı olduğunu söyləyib.
Qrossinin sözlərinə görə, Kursk atom elektrik stansiyası normal rejimə çox yaxın işləyir.
Qrossi onu da qeyd edib ki, o, Kursk atom elektrik stansiyasında dron zərbələrinin izlərini görüb: "Əgər Kursk AES-ə xarici təsir olarsa, bunun nəticələri son dərəcə ciddi ola bilər".
AEBA rəhbəri Kursk AES-ə baxış keçirdikdən sonra stansiyanın yerləşdiyi Kurçatov şəhərinin sosial obyektləri ilə tanış olmağa başlayıb.
Qrossi, Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu bildirərək, bunun qarşısını necə alacağını rusiyalı həmkarları ilə birlikdə təhlil edəcəyini qeyd edib.
Onun dediyinə görə, Kursk AES yaxınlığında hərbi fəaliyyətlə bağlı hallar stansiyanın təhlükəsizliyi üçün narahatlıq yaradır.
Qrossi bildirib ki, Kursk vilayətindəki mümkün vəziyyəti Çernobılla müqayisə etmək hələ tezdir.
O, Zelenski ilə görüşmək üçün gələn həftə Kiyevdə olacağını da əlavə edib.
***
11:15
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Kursk atom elektrik stansiyasına baxış keçirmək üçün Kurçatov şəhərinə gəlib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Ukraynanın Kursk atom elektrik stansiyasına zərbə endirmək cəhdləri barədə məlumatlandırıldığını və AEBA-nın mütəxəssislər göndərəcəyini vəd etdiyini söyləyib.
Qeyd edək ki, Rusiya tərəfi Ukraynanı Kursk AES-i atəşə tutmaqda ittiham edib. Prezidenti Vladimir Putin bildirib ki, Kiyev avqustun 22-də Kursk AES-ə zərbə endirməyə cəhd edib.
Oxşar xəbərlər
Rafael Qrossi Kursk AES-ə baxış keçirmək üçün Kurçatov şəhərinə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA missiyası Kursk AES-ə baş çəkəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA-nın rəhbəri Kursk Atom Elektrik Stansiyasına getmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












