Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, “Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü” keçirilib.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimovla görüşüb.
Görüş zamanı Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olan nümayəndə heyəti Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevlə görüşüb.
Qonaqlara Hərbi Polis İdarəsinin yaranma tarixi, fəaliyyəti, əsas vəzifələri və icra etdiyi funksiyalar barədə ətraflı məlumat verilib.
Həmçinin növbəti illərdə hər iki ölkənin hərbi polis heyətlərinin müştərək təlimlərdə iştirak perspektivləri görüşdə müzakirə olunub.
Bununla yanaşı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib
Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir
Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
