Səudiyyə Ərəbistanı "Samref" NEZ-ə dəymiş ziyanı qiymətləndirir - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanı "Samref" NEZ-ə dəymiş ziyanı qiymətləndirir - YENİLƏNİB


"Saudi Aramco" şirkətinin Yanbu limanında yerləşən "Samref" neft emalının (NEZ) ərazisində pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Hazırda dəymiş ziyan qiymətləndirilir", - məlumatda bildirilir.

Səudiyyə Ərəbistanının "Samref" neft emalı zavodu (NEZ) hava hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hücum nəticəsində dəymiş ziyanın cüzi olduğu bildirilir.

Xatırladaq ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki bir neçə neft obyektinin əməkdaşlarının, o cümlədən "Samref" NEZ-in işçi heyətinin təxliyəsinə çağırıb.

Qeyd edək ki, "Samref" NEZ "Saudi Aramco" və "Exxon Mobil" şirkətlərinin birgə müəssisəsidir. Bu liman hazırda Səudiyyə Ərəbistanı neftinin ixracı üçün yeganə məntəqədir.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
"Saudi Aramco" Fars körfəzindəki ən böyük neft emalı zavodunun fəaliyyətini bərpa edib
"Saudi Aramco": Neftə tələbat sağlam templə artır
Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər