İran XİN ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib
sizinxeber.az xəbər saytı

İran XİN ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib


İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

Bəqai qeyd edib ki, İran müvafiq vaxtda Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ-la danışıqların altıncı raundunun tarixini və yerini açıqlayacaq.

"Hazırda danışıqların altıncı raundu ilə bağlı jurnalistlər üçün heç bir məlumatım yoxdur. Qərar qəbul olunarsa, bu barədə daha sonra məlumat veriləcək", - İran XİN rəsmisi deyib.

Onun sözlərinə görə, İran təşəbbüsünü Oman vasitəsilə ABŞ-a ötürəcək:

“İran xalqının mənafeyini və hüquqlarını nəzərə almayan hər hansı plan – istər dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsi sahəsində, istərsə də qeyri-qanuni sanksiyaların ləğvi baxımından – qəbuledilməzdir. Biz öz təşəbbüsümüzü yekunlaşdırdıqdan dərhal sonra Oman vasitəsilə qarşı tərəfə ötürəcəyik. Bu təklifi ciddi şəkildə nəzərdən keçirmək əlbəttə ki, Birləşmiş Ştatların maraqlarına uyğundur", - o əlavə edib.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqların beşinci raundunu keçiriblər. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "müəyyən, lakin yekun deyil"in əldə edildiyini bildirib.

İyunun 1-də Ağ Ev ABŞ-ın xüsusi nümayəndəsi Steven Uitkoffun İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı “ətraflı və məqbul” təklif göndərdiyini açıqlayıb.

“Axios”-un məlumatına görə, bu, İranın sonradan müəyyən ediləcək bir müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur.

İyunun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, İran uranı zənginləşdirməməli, əks halda Vaşinqtonun nəticələri ilə üzləşməlidir.

Oxşar xəbərlər

ABŞ və İran arasında danışıqların ikinci raundu aprelin 19-da Romada keçiriləcək
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
İran və ABŞ arasında yeni nüvə danışıqları raundu baş tutmaya bilər
İran XİN: ABŞ-la danışıqların II raundu konstruktiv və perspektivli olub
ABŞ-İran danışıqlarının növbəti raundu aprelin 19-da keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər