İsrail müdafiə naziri: Bu, İsrail tarixində həlledici andır
sizinxeber.az xəbər saytı

İsrail müdafiə naziri: Bu, İsrail tarixində həlledici andır


İsrailin müdafiə naziri İsrael Kats İrana zərbə endirməsini “İsrail dövlətinin və yəhudi xalqının tarixində həlledici an” adlandırıb.

Sizinxeber.az-nın “BBC”ə istinadən verdiyi xəbərə görə, o bu sözləri İsrailin İrana zərbə endirməsindən bir qədər əvvəl yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə keçirilən forumda çıxış edərək deyib.

“Vəzifəyə başladığım ilk gündən İranın nüvə proqramının qarşısının alınmasını əsas prioritet kimi müəyyən etdim”, – deyə Kats bildirib. O, İranın İsraili məhv etmək ideyasına “heç vaxt olmadığı qədər sadiq olduğunu” vurğulayıb.

“Hazırda kritik bir mərhələdəyik – əgər bu fürsəti qaçırsaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimizdə heç bir imkan qalmayacaq”, – deyə müdafiə naziri əlavə edib.

O bildirib ki, İsrail ötən bir il yarım ərzində İranın bölgədəki nümayəndələrinə qarşı tədbirlər görsə də, “indi birbaşa ilanın başı ilə – İranın özü ilə” qarşı-qarşıyadır.

Qeyd edək ki, daha əvvəl İsrail rəhbərliyi İrandan mümkün cavab zərbələrinə hazırlıq çərçivəsində fövqəladə vəziyyət elan edib.

Oxşar xəbərlər

İsrail müdafiə naziri: İrana qarşı qabaqlayıcı zərbə endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İsrail MN rəhbərləri İrana qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Yəməndə husi hədəflərinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İrana üçüncü hücumu müzakirə etmək üçün iclas keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: Əməliyyat nə qədər lazımdırsa, davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər