Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
sizinxeber.az xəbər saytı

Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub


Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub.

"Reuters" agentliyinin xəbərinə görə, hadisə şənbə günü baş verib.

Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib.

Terror aktına görə məsuliyyəti “İttihad-ul-Mücahidin” adlı silahlı qruplaşma öz üzərinə götürüb.

Oxşar xəbərlər

Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib
Pakistanda posta edilən hücumda üç polis həlak olub
Pakistanda polis məntəqəsinə edilən hücumda ölənlərin sayı 12 nəfərə çatıb
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Pakistanda bir gecədə polis qüvvələrinə qarşı 8 hücumda 6 polis zabiti həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər