Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb


Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu şəhərindəki hərbi obyektdə baş verən terror aktı nəticəsində 13 mülki şəxs və 5 hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, martın 4-də terrorçu-kamikadzelər partlayıcı yüklənmiş iki avtomobillə Bannu şəhərindəki hərbi bazaya hücum ediblər. Hücum on nəfərdən çox yaraqlı tərəfindən təşkil edilib.

Hərbçilər bildiriblər ki, çoxsaylı partlayışlar kompleksin xarici divarının qismən uçmasına və yaxınlıqdakı infrastrukturun zədələnməsinə səbəb olub. Yaxınlıqda yerləşən məscid və yaşayış evinə də böyük ziyan dəyib.

Hücum nəticəsində ən azı 13 mülki şəxs və 5 əsgər həlak olub.

Əks-hücum zamanı öldürülən 16 yaraqlı arasında dörd terrorçu-kamikadze olub.

Xəstəxananın nümayəndəsi Nauman bildirib ki, zərər çəkmiş mülki şəxslərin bir neçəsi dağıntılar altında qalıb.

Oxşar xəbərlər

Nigerdə hərbçilərə hücum olub, dörd nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda terrorçu-kamikadze özünü partladıb, 9 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada terror aktı nəticəsində bir neçə hərbçi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər