Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib


Pakistanın şimal-qərbində yerləşən Orakzai bölgəsində terrorçular təhlükəsizlik qüvvələrinin konvoyuna ağır silahlarla hücum ediblər.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma baş verib.

Hadisə nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı həlak olub, 11-i isə yaralanıb. Terrorçulardan dördü zərərsizləşdirilib.

Qeyd edək ki, cari ilin əvvəlindən bəri Pakistanda, əsasən təhlükəsizlik əməkdaşları olmaqla, 320-dən çox şəxs terror hücumları nəticəsində həyatını itirib.

Oxşar xəbərlər

Pakistanda sərnişin qatarını girov götürən terrorçular zərərsizləşdirilib
Pakistanda qatarda 400 sərnişini girov götürən terrorçular zərərsizləşdirilib
Pakistanda 33 şübhəli terrorçu həbs edilib
Pakistanda avtobus partlayıb: 4 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər