İsrail Yəməndəki elektrik stansiyasına zərbə endirməsinin səbəbini açıqlayıb
İsrail ordusu Yəməndəki elektrik stansiyasına zərbə endirməsini husilərin təkrarlanan hücumlarına qarşı olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə “Aljezeera” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ordunun bəyanatına əsasən hücumun İsrailə atılan raketlərə və pilotsuz uçuş aparatlarına cavab olaraq həyata keçirildiyi bildirib:
“Husilər 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlara cavab olaraq dəfələrlə İsrailə raket və PUA atıblar. İsrail isə cavab olaraq Yəmənin infrastrukturunu, o cümlədən humanitar yardım üçün həyati əhəmiyyət kəsb edən Hodeydə limanını bombalayıb”.
O da qeyd edilir ki, İsrail həmçinin husilərin istifadə etdiyini iddia edərək Yəmənin beynəlxalq hava limanına da hücum edib.
İsrailə atılan husilərin əksər raketləri və PUA-ları zərərsizləşdirilib, lakin bu qarşılıqlı hücumlar İsrailin Qəzza müharibəsinin regional təsirlərini daha da genişləndirib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya da Yəməndə bombardman həyata keçiriblər. Bu, husilərin Qırmızı dənizdən keçən beynəlxalq gəmilərə hücum etməsindən sonra baş verib. Husilər bu addımı İsrailin müharibəsinə və Qəzzaya tətbiq etdiyi blokadaya cavab olaraq atdıqlarını bildiriblər. Hücumlar qlobal ticarət axınını pozub.


width="220" alt="İsrail Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib" />
width="220" alt="İsrail husilərin neft anbarlarına hücum edib, 4 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB" />
width="220" alt="İsrail husilərin neft anbarlarına zərbələr endirib, 4 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />