İsrail Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib
İsrail Hərbi Hava Qüvvələri Yəmənin müxtəlif bölgələrinə hava zərbələri endirib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində ümumilikdə 60-dan çox sursatdan istifadə olunub.
Aviazərbələr əsasən Əl-Hudeydə, Ras-İssa və Salif limanlarına, Ras əl-Xatib elektrik stansiyasına, eləcə də "Galaxy Leader" yük gəmisinə yönəlib.
Zərbələrdən sonra husilərin nəzarətində olan ərazilərdə təxliyə elan edilib.
Husilərin nümayəndəsi bildirib ki, Yəmən Hərbi Hava Qüvvələri İsrailin təxribatçı hücumlarına qarşı cavab verir.
İsrail tərəfi əməliyyata “Qara Bayraq” adı verildiyini açıqlayıb və hücumların davam edəcəyini istisna etməyib.
Rəsmi Təl-Əvivin bəyanatına görə, hücumlar husilərin son hərəkətlərinə cavab olaraq həyata keçirilib.
Oxşar xəbərlər
İsrail Yəməndəki limanları və husilərin ələ keçirdiyi gəmini bombalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail husilərin neft anbarlarına zərbələr endirib, 4 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail husilərin neft anbarlarına hücum edib, 4 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İsrail Yəmən ərazisinə birgə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
IDF: İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













