Çində dene qızdırmasına 100-dən çox yoluxma qeydə alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2025
08:30
0
0
1 105
ff aaaaaaa

Çində dene qızdırmasına 100-dən çox yoluxma qeydə alınıb

01 avq, 2025
08:30
1 105

Çində dene qızdırmasına 100-dən çox yoluxma qeydə alınıb

Çin həkimləri ölkənin cənubundakı Quandun əyalətində denge qızdırmasına 119 yoluxma halı aşkar ediblər.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Regional Xəstəliklərə qarşı Mübarizə və Profilaktika Mərkəzi məlumat yayıb.

Yoluxma halları iyulun 21-dən 27-dək qeydə alınıb və onların üçdə biri regionun inzibati mərkəzi olan Quançjou şəhərindədir.

Vilayəti tərk etməyən vətəndaşlarda 102 denge qızdırması halı aşkar edilib, yoluxmanın aşkarlandığı daha 17 nəfər isə xaricdən gələnlərdir.

Ağcaqanadların daşıdığı dengenin yayılması, bu həşəratların da yaydığı çikunqunya qızdırması epidemiyası fonunda baş verib. Bundan əvvəl, Quandunun Foşan şəhərinin səlahiyyətliləri sağlamlıq vəziyyətinə reaksiyanın üçüncü səviyyəsini təqdim edib və ağcaqanadların məhvi üçün yeddi günlük kampaniya elan edib. Çində sağlamlıq vəziyyətlərinə dörd səviyyəli cavab sistemi var, burada birinci səviyyə ən yüksəkdir. Dördüncü (əsas) və üçüncü (nisbətən yüksək) səviyyələr şəhər səviyyəsində xəstəliyin kütləvi yayılması baş verdikdə tətbiq edilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul