sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan təbii qazı Türkiyə-Suriya boru xətti ilə Homs vilayətinə çatıb
Azərbaycandan təbii qaz Türkiyə-Suriya təbii qaz boru xətti vasitəsilə Suriyanın Homs vilayətinə çatıb.
APA xəbər verir ki, Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri ilə nəql edilən təbii qaz ölkənin mərkəzində yerləşən Homs vilayətindəki Cender Qaz Stansiyasına çatdırılıb.
Növbəti mərhələdə qazın Cender stansiyasından paytaxt Dəməşq yaxınlığındakı Nasiriyyə və Tişrin İES-lərinə yönəldiləcək.
Qeyd edək ki, maksimum sutkalıq qaz nəqletmə gücü 3,4 milyon kubmetr olan boru kəməri hazırda gündə 1,4 milyon kubmetr qaz ötürür və bu, 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.
Oxşar xəbərlər
Azərbaycanın təbii qazı Suriyanın Homs vilayətinə çatıb
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Fond rəhbəri: Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı bu ölkədə elektrik enerjisi böhranını azaldacaq
Alparslan Bayraktar: İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq
Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













