Netanyahu İsrailin Qəzza zolağına nəzarət etmək planı olmadığını deyib
sizinxeber.az xəbər saytı

Netanyahu İsrailin Qəzza zolağına nəzarət etmək planı olmadığını deyib


İsrailin Qəzza zolağına nəzarət etmək planı yoxdur, hökumət bölgəyə nəzarəti ərəblərə vermək niyyətindədir.

APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Biz orada rəhbər orqan olaraq olmaq istəmirik. Biz idarəni bizi təhdid etmədən, Qəzza xalqına yaxşı həyat təmin edərək onu düzgün idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik", - Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, İsrailin bu məqsədə çatmasının yeganə yolu HƏMAS hərəkatını məhv etməkdir.

Qeyd edək ki, avqustun 4-də Ynet portalı İsrailin Qəzza zolağının tam işğalı üçün plan hazırlaması ilə bağlı məlumat yaymışdı.

Oxşar xəbərlər

Netanyahu İsrailin bütün Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb - YENİLƏNİB
Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək
Netanyahu Qəzza zolağının şimalına səfər edib
Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər