Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək
sizinxeber.az xəbər saytı

Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək


İsrail HƏMAS-ın vətəndaşlara humanitar yardımı əngəlləməsinin qarşısını almaq üçün bütün Qəzza zolağına nəzarət edəcək.

"Sizinxeber.az" "Haaretz"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS-ı məğlub etmək üçün intensiv döyüşlərlə bağlı operativ ehtiyaca əsaslanaraq, İsrail Qəzza zolağına əsas ərzaq ehtiyatlarını təqdim edəcək”, - Netanyahu bildirib.

İsrail Baş nazirinin sözlərinə görə, yardım mart ayında dayandırılıb, çünki HƏMAS ərzaqların bir hissəsini qarət edirdi.

Qeyd edək ki, mayın 19-da BMT-nin humanitar yardım daşıyan 5 yük maşınının ilk partiyası Kerem Şalom keçid məntəqəsi vasitəsilə Qəzza zolağına buraxılıb. İsrailin "Ynet" nəşri qeyd edib ki, bərpa olunan tədarüklər təxminən bir həftə davam edə bilər. Onların əksəriyyəti İsrail ordusunun nəzarəti altında olan zolağın cənub hissəsində yerləşdiriləcək.

Oxşar xəbərlər

İsrail: Qəzzaya humanitar yardım daşıyan ilk beş yük maşını buraxılıb
İsrail Qəzzaya ərzağın çatdırılmasına icazə verəcək
Netanyahu: "İsrail HƏMAS-ı məhv edəcək"
İsrail Qəzza zolağına göndərilən bütün humanitar yardımları yoxlayacaq
Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər